
TRUE testi Patch testinin istifadəyə hazır formasıdır. Bu bir dəri testidir. Dünyada ən çox allergik kontakt dermatitə səbəb olan allergenlər xüsusi lövhələrə yerləşdirilir. Xəstənin kürək nahiyəsinə dərinin sağlam və tüksüz olduğundan əmin olduqdan sonra çox kiçik dozalarda allergenlər yapışdırılır. 2 gün qapalı qalır. Açıldıqdan sonra 3, 4, 5 və 7-ci günlər dəyərləndirilir. Allergenlərin təmas yerlərində qızarıqlıq, qabarıqlıq, kiçik su toplamaları, yara əmələ gələ bilər. Reaksiyanın şiddətinə və davamlılığına görə test pozitif vəya negatif olaraq dəyərləndirilir. Testin nəticələri daha sonra xəstənin anamnezi, xəstəliyin klinikası nəzərə alınaraq təkrar gözdən keçirilir və diaqnoz dəqiqləşdirilir.