Sual-Cavab

Burada atopik dermatit ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (+99450) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

Atopi nə deməkdir?

Atopi, dəri və tənəffüs yollarının çox həssas və allergik reaksiyaya meylli olması deməkdir.

Yoluxucudurmu?

Xeyr, yoluxucu bir xəstəlik deyil.

Neçə yaşında başlayır?

Əsasən uşaq yaşlarında başlayır. Amma böyüklərdə də ola bilər.

Atopik dermatitdə hansı allergiyalar görülür?

Ən çox qida allergiyaları, polen, ev tozu, it-pişik tükü allergiyaları görülür.

Nəyə qarşı allergiya testi olunmalıdır?

Tənəffüs və qida allergenlərinə qarşı allergiya testi olunmalıdır.

Allergiya testlərindən əvvəl diqqət eləməli olduğum bir şey varmı?

Allergiya testindən əvvəl ən az 1 həftə müddətində bəzi dərmanların, xüsusilə antihistaminlarin qəbulu dayandırılmalıdır.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə