Atopİk dermatİt

Prick Testi

Prik testi Atopik dermatit, Allergik rinokonyuktivit, Bronxial astmada istifadə olunan diaqnostik bir testdir.

Tənəffüs və qida allergenləri ilə aparılır. Əl biləyi və dirsək arasında qolun ön hissəsinə ( uşaqlarda kürək nahiyəsinə də oluna bilər) hər allergendən bir damla qoyulur ve prik testi üçün hazırlanmış xüsusi steril lanset ilə damla qoyulan nahiyədə dəri cızılır (qan çıxmayacaq şəkildə). 15 dəqiqə sonra test dəyərləndirilir. Əgər hər hansı bir maddəyə qarşı allergiyanız varsa, həmin allergenə uyğun bölgədə qırmızı qabarıqlıq əmələ gəlir.

Testin aparılması üçün yaş həddi yoxdur. Ancaq uşaqlarda 2 yaşından sonra aparılması məsləhətdir.

Atopik dermatit xəstələri, dərisini istidən, soyuqdan, qurumaqdan, qıcıqlandıran maddələrdən, mexaniki travmalardan qorumalıdırlar. Müalicədə yerli və sistemik çox sayıda preparatlar istifadə (həkim nəzarətində) oluna bilər.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə