Övrə

Övrə çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən artıq davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir tablo ortaya çıxır. Angioödem göz qapaqlarında, dodaqda, əllərdə şişlik şəklində görülür.

Kəskin övrənin 50%, xroniki övrənin 80% hallarda səbəbi bilinməməktədir.

Kəskin övrənin ortaya çıxmasına ən çox virus mənşəli infeksiyon xəstəliklər, dərmanlar (antibiotiklər, ağrıkəsicilər), bəzi qidalar (dəniz məhsulları, süd məhsulları, yumurta, çiyələk) və s. səbəb ola bilər.

Xroniki övrə müxtəlif orqanların xroniki xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Xroniki övrə zamanı bir çox analizlərin verilməsinə ehtiyac olur.

Diaqnoz klinik müayinə əsasında qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir. Xroniki övrədə altda yatan səbəbi aydınlaşdırmaq üçün qaraciyərin, böyrəyin, tiroidin funksional testləri, nəcisin parazitoloji müayinəsi, hepatitlər və digər testlər baxılır.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə