Sual-cavab

Burada Allergik kontakt dermatit ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (+99450) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

Ekzema nədir?

Ekzema dərinin iltihabı deməkdir.

Dermatit nədir?

Dermatit və ekzema eyni məna daşıyır.

Kontakt dermatit nədir?

Dəriyə müxtəlif maddələrin təması nəticəsində ortaya çıxan dermatit kontakt dermatitdir.

Bütün ekzemalar allergik mənşəlidirmi?

Xeyr. Kontakt dermatitlərin (ekzema) 20%-i allergik mənşəlidir.

Bir adamdan başqasına keçərmi?

Yoluxucu xəstəlik deyil. Bir adamdan başqasına keçməz.

Allergiyanın səbəbini tapmaq mümkündürmü?

Bəli. Dəri testi ilə allergiyanın səbəbini aydınlaşdırmaq mümkündür.

Allergiya müalicə olunurmu?

Allergiyanın müalicəsi, bunu yaradan səbəbi tapıb ondan uzaq durmaqdır.

Hansı yaşlarda sıx görülür?

Yaş artdıqca daha sıx görülür. Ancaq atopik dermatit və ya başqa dəri tamlığını pozan xəstəliklərdə uşaq yaşlarında da görülür.

Genetikdirmi?

Allergiyanın yaranmasında genetik meylin rolu var.

Allergik kontakt dermatit nədir?

Allergiyaya meylli insanlarda, dəriyə qıcıqlandırıcı və aşındırıcı təsiri olmayan maddələrin təsiri nəticəsində qaşıntılı-sulantılı yaraların ortaya çıxmasıdır.

Allergik kontakt dermatitin qarşısını almaq mümkündürmü?

Bu xəstəliyin qarşısını almaq üçün dərinin tamlığının qorunması vacibdir. Dəriyə düzgün qulluq olunmalı, tez tez nəmləndirilməlidir. Və mümkün qədər kimyəvi maddələrdən uzaq durulmalıdır.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə