Sual-cavab
Gicitkən

Burada övrə ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (+99450) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

Övrə nədir?

Övrə xəstəliyi, (latınca Urticaria) “Urtica” yəni, gicitkən otu (azərbaycanca tərcüməsi) sözündən götürülmüşdür. Övrə zamanı dəridə yaranan səpgi gicitkən otunun dəriyə toxunduqda əmələ gətirdiyi reaksiyaya bənzədiyindən bu ad verilmişdir. Xəstəlik dəridən qabarıq, müxtəlif ölçülərdə, qaşıntılı qızarıqlıqlarla xarakterizə olunur. Bir neçə saat (max 24 saat) içərisində bir yerdən yox olub başqa yerə keçir.

Övrənin həyati təhlükəsi varmı?

Sadəcə dəridə yarandığında təhlükəli deyil. Ancaq xəstəlik tənəffüs yollarına yayılarsa diqqətli olmaq və təcili yardıma müraciət etmək lazımdır. Bu tabloya "angioödem" deyilir.

Angiödemin hansı əlamətləri var?

Göz qapaqları və dodaqların şişməsi şəklində özünü göstərir. Bəzən yanaşı olaraq gözlərdə sulanma, asqırma, nəfəs daralması, qarın ağrısı, ürəkbulanma-qusma və ishal kimi simptomlar da görülür.

Övrə nə qədər müddət davam edə bilər?

Davam etmə müddətinə görə kəskin və xroniki övrə ayırd edilir. 6 həftədən qısa müddət davam edərsə kəskin, 6 həftədən uzun davam edərsə xroniki hesab edilir.

Övrənin hansı formaları var?

Davam etmə müddətinə görə kəskin və xroniki övrə ayırd edilir. 6 həftədən qısa müddət davam edərsə kəskin, 6 həftədən uzun davam edərsə xroniki hesab edilir.

Başladan səbəblərə görə də bir neçə forması var.

  • dermoqrafizm (dəriyə tətbiq olunan travma nəticəsində yaranan övrə),
  • təzyiqə bağlı övrə (dəriyə tətbiq olunan təzyiqdən 4-6 saat sonra ağrılı, dərin bir şişlik yaranması. Məs: uzun müddət yeridiktən sonra ayak altlarında yaranan şişlik),
  • xolinergik övrə (bədən hərarətini artıran məşq, stress, isti duş kimi vəziyyətlərdən sonra yaranan övrə),
  • soyuğa bağlı övrə (soyuq su və ya hava təması ilə yaranan övrə),
  • solar övrə (günəşə məruz qalma ilə başlayan övrə),
  • kontakt övrə (bəzi maddələrin dəriyə təmasından bir neçə dəqiqə sonra ortaya çıxan övrə)
  • akuagenik ürtiker (su ilə təmas sonrası yaranan övrə)

Övrənin səbəbləri nə ola bilər?

Övrəni başladan bir və ya bir neçə səbəb ola bilər.

  • dərmanlar ( penisillin başda olmaqla antibiotiklər, ağrıkəsicilər və digər)
  • qidalar (çərəz, yumurta, balıq, digər dəniz məhsulları və s.) və qidalardakı konservantlar, boyalar
  • tənəffüs yoluyla alınan ev tozları, heyvan tükü və epitelləri
  • bədəndəki infeksiya ocaqları (diş absesi, faringit, mədə problemlərinə yol açan Helicobacter pylori infeksiyası)
  • bağırsaq parazitləri
  • böcək sancmaları (xüsusilə arı)
  • bədxassəli xəstəliklər və bir çox digər xəstəliklər

Kəskin və xroniki olaraq ayırmağın bir əhəmiyyəti varmı?

Bəli bu çox önəmlidir. Çünki bu iki ayrı formaya yanaşma da fərqlidir. Kəskin övrədə ətraflı bir araşdırmaya ehtiyac yoxdur, sadəcə müalicə aparılır. Xroniki formada isə səbəbləri aşkara çıxarmaq üçün çoxsaylı analizlər baxılır. Səbəbi aşkarlanarsa səbəb aradan götürülür və yanaşı olaraq övrənin simptomatik müalicəsi aparılır.

Bütün araşdırmalara baxmayaraq səbəbin aşkarlana bilmədiyi hallar olurmu?

60-65% hallarda heç bir səbəb aşkarlanmır. Belə olduqda xəstəlik “idiopatik (səbəbi bilinməyən) övrə" olaraq adlandırılır.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə