TRUE testi

TRUE testi Patch testinin istifadəyə hazır formasıdır. Bu bir dəri testidir. Dünyada ən çox allergik kontakt dermatitə səbəb olan allergenlər xüsusi lövhələrə yerləşdirilir. Xəstənin kürək nahiyəsinə dərinin sağlam və tüksüz olduğundan əmin olduqdan sonra çox kiçik dozalarda allergenlər yapışdırılır. 2 gün qapalı qalır. Açıldıqdan sonra 3, 4, 5 və 7-ci günlər dəyərləndirilir. Allergenlərin təmas yerlərində qızarıqlıq, qabarıqlıq, kiçik su toplamaları, yara əmələ gələ bilər. Reaksiyanın şiddətinə və davamlılığına görə test pozitif vəya negatif olaraq dəyərləndirilir. Testin nəticələri daha sonra xəstənin anamnezi, xəstəliyin klinikası nəzərə alınaraq təkrar gözdən keçirilir və diaqnoz dəqiqləşdirilir.

Sual-cavab

Burada TRUE testi ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (+99450) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

TRUE testi nədir?

TRUE testi allergik kontakt dermatitə səbəb olan maddəni aydınlaşdırmaq üçün istifadə olunan bir dəri testidir.

Kimlərə olmaz?

Hamilələrə və allergik kontakt dermatitin kəskin dövründə olanlara olmaz.

Bu qan analizidir?

Xeyr bu dəri testidir. Kürək nahiyəsinə içərisində allergenlər olan bantlar yapışdırılır.

Acqarına olunmalıdır?

Acqarına olmağa ehtiyac yoxdur.

Test zamanı normal həyatıma davam edə bilərəmmi?

Test müddətində (5-7 gün) sadəcə çimmək, ağır idmanla məşğul olmaq, tərləmək olmaz. (testlərin qopmaması üçün). Bunun xaricində normal həyatınıza davam edə bilərsiniz.

Test zamanı ağrı olurmu?

Heç bir ağrı olmur. Test müddətində test nahiyəsində qaşıntı ola bilər.

Hər zaman oluna bilərmi?

Yay mövsümündə TRUE testi olunmur. Çünki günəş işığına məruz qalmaq testin cavabına təsir edir. Həmçinin tərləmə faktoru da testin olunmasına imkan vermir.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə