Övrənin müalicəsi

Müalicəsində antihistamin qrupu dərmanlara əsas yer verilir. Xəstəliyin şiddətinə görə uyğun dərman seçilir və dozası müəyyənləşdirilir. Bəzən bir neçə gün sistemik steroidə ehtiyac olur. Müalicəyə tabe olmayan xəstələrdə siklosporin, omalizumab kimi daha qüvvətli dərmanlar əlavə təsirləri nəzərə alınaraq həkimın təyinatı ilə istifadə oluna bilər.
Öncəliklə aşkarlanan başladıcı səbəbdən uzaq durmaq lazımdır. Mümkün olduğu qədər lazımsız dərman içməməli və balıq, yumurta, qabıqlı dəniz məhsulları, konservantlı qıdalardan uzaq durulmalıdır. Stress faktoru aradan götürülməlidir. Və doktorunuzun uyğun gördüyü antihistamin qrupu dərman qəbul edilməlidir.
Xroniki övrədə aparılan araşdırma nəticəsində aşkarlanan xəstəliklər müalicə olunmalı və övrə üçün dermatoloqun təyin etdiyi dərmanlar qəbul edilməlidir.
Xroniki övrədə şikayətlər təkrarlaya bilər. Belə olduqda doktorunuz dərmanın dozasını artıra və ya preparatı başqası ilə əvəz edə bilər.