Allergİk kontakt dermatİt

Allergik kontakt dermatit normal halda qıcıqlanmaya yol açmayan maddələrin dəriyə təması nəticəsində ortaya çıxır və bu maddəylə hər qarşılaşdığında təkrarlayır. Amma bu hər kəsdə deyil allergiyaya genetik meylli insanlarda baş verir. Maraqlısı odur ki, dermatitə səbəb olan maddəylə ilk qarşılaşmada ekzema görülmür. Allergik kontakt dermatit ləng tip (tip 4) allergik-immunolojik mexanizm əsasında baş verdiyi üçün sensibilizasiya üçün lazım olan 7-14 gün sonra təkrar qarşılaşma olarsa o zaman müşahidə olunur.

Əhalinin 1-2%-də görülür. Hazırda allergik kontakt dermatitə səbəb ola biləcək 3000-dən artıq maddə bildirilmişdir. Məişətimizə kosmetik vasitələr, dərmanlar, konservantlar, yuyucu vasitələr daxil olduqca bu maddələrin sayında artış gözlənilir.

Klinikasında kəskin dövrdə qızarıqlıq, şişkinlik, kiçik su qovuqcuqları, qaşınma kimi simptomlar görülür. Kiçik su toplamaları açıla və infeksiyalaşa bilər. Xronikləşdikcə dəridə quruma, dəri xətlərinin qalınlaşması, çatlama və yarılmalar ortaya çıxır. Lokalizasiyasına gəlincə allergen hara təmas edirsə dermatit də orada yaranır. Bəzi hallarda allergenlə təmas etməyən yerlərdə də ekzema ortaya çıxa və bütün bədənə yayıla bilər.

Allergik kontakt dermatit diaqnozu dermatoloji müayinə nəticəsində qoyulur. Ətraflı anamnez burada çox önəmlidir. Xəstənin işi, hobiləri (muncuklardan aksesuar düzəltmə, rəsm çəkmə, bağ-bağça işləri ilə məşqul olma), gündəlik həyatta və iş yerində birbaşa təmas etdiyi maddələr, xəstəliyi artıran faktorlar aydınlaşdırılmalıdır. Ekzemanın peşə ilə əlaqədar olub olmamasını anlamaq üçün işinə ara verdiyində ekzemanın tamamən keçib keçməməsini aydınlaşdırmaq lazımdır.

Ekzemanın klinikası və lokalizasiyasına əsasən hansı maddələrə qarşı allergik reaksiyanın ortaya çıxması barədə müəyyən qədər fikir söyləmək olar.

Ama dəqiq diaqnoz qoymaq üçün patch — TRUE Testi həyata keçirilməlidir. Test mütləq xəstəliyin remisiya dövründə olunmalıdır. Xəstə testin nəticəsinə təsir edəbiləcək dərmanlar qəbul etməməlidir. Daha öncə ekzema müalicəsi üçün sistemik steroid almışsa aradan 4-6 həftə keçməlidir. O cümlədən yay dönəmində də bu test olunmur. Hətta ən son günəş vannası qəbulundan 6 həftə vaxt keçməlidir ki test sonuçları yanlış olmasın.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə