Allergİk kontakt dermatİt

Müalicəsi

Müalicəsi çətin deyil. Çox yayılmış olmadıqca topikal steroidlər, əgər yarada sulanma varsa yaş sarğılar istifadə olunur. Əgər ekzema bütün bədənə yayılıbsa sistemik steroid təyin olunur. Bir neçə həftə davam edilir sonra dozası azaldılaraq kəsilir. Qaşıntını aradan götürmək üçün antihistaminlərdən istifadə etmək olar. Ama tam müalicə kontakt dermatitə səbəb olan allergeni aşkara çıxarıb, xəstəyə bu allergendən uzaq durmanın yollarını göstərməkdir. Yoxsa bu maddəylə hər dəfə qarşılaşdıqca ekzemalar təkrar edəcək. TRUE Testi ilə allergiyaya səbəb olan maddə müəyyən olunduqdan sonra xəstəni bu barədə ətraflı məlumatlandırmaq lazımdır. Xəstəyə allergiya məlumat kartı hazırlanır. Bəzi maddələr çarpaz reaksiya ilə kontakt dermatitə səbəb olur, bu maddələrin çarpaz reaksiya verə biləcəyi maddələrin siyahısı xəstəyə təqdim olunmalıdır. Qoruyucu maddələrin (konservant) hər hansı birinə allergiya varsa istifadə olunan şampun, duş geli, kosmetik vasitələr hamısının içindəkilər diqqətlə oxunmalıdır, və bu maddənin olmamasına fikir verilməlidir.

Əgər insanın tip 4 mexanizma ilə hər hansı maddəyə allergiyası varsa bunu heç bir şəkildə dəyişmək mümkün deyil. Önəmli olan, allergiyanın səbəbini aşkarlamaqdır. Bu allergendən uzaq durmaq üçün həyat tərzini, alışqanlıqları, hətta ehtiyac olsa işini belə dəyişmək lazımdır. Yoxsa bu maddəylə hər qarşılaşanda xəstəlik təkrarlanacaq.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə