Allergİk kontakt dermatİt

Sıx görülən formaları

1. Nikel allergiyası: nikel bijuteriya (metal bəzək əşyaları), saat (metal), eynək sapı, saç maşası, gümüş və ağ qızıl zinyət əşyaları, metal mətbəx əşyaları, diş teli, qayçı, iynə, toxucu mili, metal pul, stomatoloji alətlər, geyim aksesuarları (metal) tərkibində vardır. Və bu əşyalarla 1-2 dəfə qısa müddətli təmasda deyil, uzunmüddətli təmas sonrasında ortaya çıxır. Sürtünmə, tərləmə kimi faktorlar nikel ionlarının ətraf mühitə çıxmasını asanlaşdırır.

Bəzi qidalarda da nikel vardır: Kakao, sarımsaq, hazır çay, mərcimək, qaysı, ispanaq, şokolad, soya, fındıq, badam, konserv qidalar. Bunlar da ekzemaya səbəb ola bilər.

2. Yerli istifadə olunan dərmanlara qarşı allergiya: anestetik kremlər (lidokain, benzokain), antibiotiklər (neomisin), göbələkəleyhinə məlhəmlər (sertokonazol), antiseptiklər (nitrofurazon), topikal dərmanların içindəki qoruyucular (propilenglikol,polietilenglikol) buna səbəb olur. Yara bölgəsində sulanma, qaşıntı ilə özünü göstərir.

3. Saç boyasına qarşı allergiya: saç boyasının tərkibində olan parafenilendiamin tez-tez allergiyaya səbəb olur. Parafenilendiamin - saç boyaları, müvəqqəti tatuaj, tekstil boyalarında mövcuddur. Xəstə hər saç boyadıqdan sonra saçlı dəridə, üzdə şişmə, sulantılı yaralar ortaya çıxır.

4. Sementə qarşı allergiya: İnşaat işçilərində sementlə təmasa bağlı ekzema tez tez rastlanır. Sementin tərkibinə daxil olan potasyum dikromat başqa məhsulların tərkibində də olur.

5. Kosmetoloji vasitələrin, təmizləyici vasitələrin tərkibində olan konservantlara, qoxu maddələrinə bağlı da allergik ekzema yarana bilər.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə