ÜMUMİ MƏLUMAT

Allergiya, bəzi insanların, zərərsiz olduğu halda bəzi maddələrə normadan artıq reaksiya göstərməsidir. Ev tozu gənələri, ağac poleni, bəzi qidalar, nikel, konservantlar, dərman molekulları və s. tez-tez allergiyaya səbəb olan maddələrdir.

Dərinin allergik xəstəliklərinə allergik kontakt dermatit, atopik dermatit, övrə və dərman allergiyaları aid olunur.

Kontakt dermatİt

Dermatit, başqa adı ilə ekzema dərinin iltihabı deməkdir. Kontakt dermatit dəriyə müxtəlif maddələrin təması nəticəsində ortaya çıxır. Buna görə də kontakt, yəni təmas dermatiti adlanır. Qızarıqlıq, şişkinlik, sulanma, qaşıntı kimi əlamətlərlə özünü göstərir. Kontakt dermatitin 2 forması var: allergikirritan.

Allergik kontakt dermatit

Allergik kontakt dermatit normal halda qıcıqlanmaya yol açmayan maddələrin dəriyə təması nəticəsində ortaya çıxır və bu maddəylə hər qarşılaşdığında təkrarlayır. Amma bu hər kəsdə deyil allergiyaya genetik meylli insanlarda baş verir. Maraqlısı odur ki dermatitə səbəb olan maddəylə ilk qarşılaşmada ekzema görülmür. Allergik kontakt dermatit ləng tip (tip 4) allergik-immunolojik mexanizm əsasında baş verdiyi üçün sensibilizasiya üçün lazım olan 7-14 gün sonra təkrar qarşılaşma olarsa o zaman müşahidə ...

Ardını oxu

Sıx görülən formaları

1. Nikel allergiyası: nikel bijuteriya (metal bəzək əşyaları), saat (metal), eynək sapı, saç maşası, gümüş və ağ qızıl zinyət əşyaları, metal mətbəx əşyaları, diş teli, qayçı, iynə, toxucu mili, metal pul, stomatoloji alətlər, geyim ...

Ardı

Müalicəsi

Müalicəsi çətin deyil. Çox yayılmış olmadıqca topikal steroidlər, əgər yarada sulanma varsa yaş sarğılar istifadə olunur. Əgər ekzema bütün bədənə yayılıbsa sistemik steroid təyin olunur. Bir neçə həftə davam edilir sonra ...

Davamı

Sual-cavab

Burada allergik kontakt dermatit ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (050) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

Ekzema nədir?

Ekzema dərinin iltihabı deməkdir.

Dermatit nədir?

Dermatit və ekzema eyni məna daşıyır.

Kontakt dermatit nədir?

Dəriyə müxtəlif maddələrin təması nəticəsində ortaya çıxan dermatit kontakt dermatitdir.

Bütün ekzemalar allergik mənşəlidirmi?

Xeyr. Kontakt dermatitlərin (ekzema) 20%-i allergik mənşəlidir.

Atopİk dermatİt

Atopik dermatit uşaqların 10-20%-də görülən xroniki bir dəri xəstəliyidir. Əsas əlamətləri qaşıntı, təkrarlayan sulantılı-qaşıntılı qızarıqlıqlar (yaralar) və dəri quruluğudur. Dəri tutulumundan başqa, allergik astma, allergik rinokonyunktivit belə xəstələrdə tez-tez rastlanır.

Sulantılı yaralar körpə uşaqlarda yanaqlarda, 2 yaşdan böyük uşaqlarda qollarda və qıçlarda, böyüklərdə dirsək çuxuru və diz arxasında yerləşir. Uşaqlarda dəridəki qaşıntı və həssaslıq, yuxu pozğunluqlarına, narahatlığa gətirib çıxarır. Atada vəya anada atopik dermatit varsa uşaqda da görülmə ehtimalı artır. Uşaqlarda bu xəstəlik daha sıx olmaqla hər yaşda başlaya bilər...

Ardını oxu

Nələrə diqqət etmək lazımdır?

1. Dərini daima nəmləndirmək. (qoxusuz kremlər istifadə etmək, xüsusən duşdan sonra).

2. Qısa müddətli (5 dəq) ilıq su ilə (isti olmaz) kisələnmədən çimmək ...

Ardı

Ev tozu allergiyası

Ən sıx rast gəlinən allergiyalardan biri ev tozu allergiyasıdır. Bunun səbəbi olan ev tozu böcəyi (gənəsi) gözlə görülməyən, çevrə faktorlarına olduqca davamlı, ev tozu içində yaşayan canlılardır. Ən çox xalça,yorğan-döşək (yun) ...

Davamı

Sual-cavab

Burada atopik dermatit ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (050) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

Atopi nə deməkdir?

Atopi, dəri və tənəffüs yollarının çox həssas və allergik reaksiyaya meylli olması deməkdir.

Yoluxucudurmu?

Xeyr, yoluxucu bir xəstəlik deyil.

Neçə yaşında başlayır?

Əsasən uşaq yaşlarında başlayır. Amma böyüklərdə də ola bilər.

Atopik dermatitdə hansı allergiyalar görülür?

Ən çox qida allergiyaları, polen, ev tozu, it-pişik tükü allergiyaları görülür.

Övrə

Övrə çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən artıq davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir mənzərə ortaya çıxır...

Ardını oxu

Sual-cavab

Burada övrə ilə əlaqəli ən çox verilən suallara cavablar qeyd olunub. Əlavə sualınız varsa ya birbaşa sayta, (050) 4443376 nömrəsinə və ya acebook səhifəmizə yazmaqdan çəkinməyin.

Övrə nədir?

Övrə xəstəliyi, (latınca Urticaria) “Urtica” yəni, gicitkən otu (azərbaycanca tərcüməsi) sözündən götürülmüşdür. Övrə zamanı dəridə yaranan səpgi gicitkən otunun dəriyə ...

Övrənin həyati təhlükəsi varmı?

Sadəcə dəridə yarandığında təhlükəli deyil. Ancaq xəstəlik tənəffüs yollarına yayılarsa diqqətli olmaq və təcili yardıma müraciət etmək lazımdır. Bu tabloya "angioödem" deyilir

Angiödemin hansı əlamətləri var?

Göz qapaqları və dodaqların şişməsi şəklində özünü göstərir. Bəzən yanaşı olaraq gözlərdə sulanma, asqırma, nəfəs daralması, qarın ağrısı, ürəkbulanma-qusma və ishal kimi simptomlar da görülür.

Bütün övrələr eynidirmi?

Davam etmə müddətinə görə kəskin və xroniki övrə ayırd edilir. 6 həftədən qısa müddət davam edərsə kəskin, 6 həftədən uzun davam edərsə xroniki hesab edilir.

Dərman allergİyaları

Bütün dərmanların allergik reaksiyaya səbəb olma ehtimalı var. Allergik reaksiyanın ortaya çıxması dərmanın dozası və farmakoloji təsirinə yox, reaksiya görünən adamın immunitetinə və genetik xüsusiyyətinə bağlıdır. Allergiya vermə riski yüksək olan bir sıra dərman var.

Dərman allergiyalarında digər orqanlarla müqayisədə ən çox dəri dəyişiklikləri ortaya çıxır. Ani və gec reaksiyalar olur. Ani reaksiyalar dərman qəbulundan sonra 1 saat içində əmələ gəlir. Bunlar ən təhlükəli olanlardır. Klinik olaraq övrə (qırmızı qabarıqlıqlar), angioödem (gozdə və dodaqda şişlik), bronx spazmı və anafilaktik şok şəklində olur...

Ardını oxu

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə